Mahir Emreli daha bir qol vurdu - Video

00:06 25-09-2023 | icon 735
Mahir Emreli daha bir qol vurdu - Video

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxıb.

Komanda səfərdə autsayder “Rudeş”lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib. 

Start heyətdə meydana çıxan Mahir Emreli matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində komandasının 5-ci qolunun ötürməsini də edib. 26 yaşlı hücumçu Josip Drmiçə məhsuldar ötürmə verib. Mahir 73-cü dəqiqədə əvəzlənb.

Bu nəticədən sonra “Dinamo” turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla (8 oyun) “Hayduk” başçılıq edir

Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsi verib.

 

 
 
 

Digər xəbərlər

0.2693190574646