“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb

15:47 25-09-2023 | icon 913
“Maxim” beynəlxalq taksi sifarişi xidməti Azərbaycanın daha 4 şəhərində fəaliyyət göstərməyə başlayıb

Şəmkir, Gədəbəy, Xaçmaz və Tovuz rayonlarının sakinləri indi avtomobildə səfərlər sifariş edə,
çatdırılma xidmətindən, o cümlədən brendin vahid standartları üzrə avtomobil sahiblərinə yardım
üçün xidmətlərdən faydalana bilərlər.
Səfərlərin qiyməti optimal marşrutun kilometrajı üzrə (yəni optimal marşrutun hər kilometrinə görə)
hesablanır və Xaçmazda 1 manatdan, Tovuzda 1,3 manatdan, Şəmkir və Gədəbəydə isə 1,5 manatdan
başlayır. O dərhal məlum olur, həmçinin yola sərf olunan vaxtdan və tıxaclardan asılı deyil. Bir neçə
ünvandan ibarət uzun səfərlər üçün 5 manatdan başlayan saathesabı ödəmə ilə tarif var.
Çatdırılma xidmətinə “Kuryer” tarifi üzrə əşyaların bir nöqtədən digər nöqtəyə daşınması, həmçinin “Alıb
gətirəcəyik” tarifi üzrə siyahı əsasında zəruri malların alınması və çatdırılması daxildir. İnsanlar bu şəkildə
bağlamalar və sənədlər göndərə, evə ərzaq və ilkin zəruri əşyalar sifariş edə bilərlər. Şirkətlər isə bu
xidmətdən istifadə etməklə yemək, gül və ya başqa məhsulun çatdırılması üçün “Maxim” kuryerlərini çağıra
bilərlər.
Avtomobil sahibləri mühərriki işə salmaq istəyərkən və ya avtomobili başqa yerə aparmaq lazım gələrkən
sükan arxasına otura bilmədikləri təqdirdə “Maxim”in xidmətindən faydalana bilərlər. Bu cür xidmətlər sifariş
edilərkən lazımi bacarıqlara sahib olan şirkət partnyoru gəlir.
“Maxim” xidmətinin rahat tətbiqi vasitəsilə bütün bu xidmətlərdən faydalanmaq olar. Tətbiqi AppStore, Google
Play, AppGallery və Galaxy Store-dan yükləmək mümkündür. O cümlədən sifarişi 7775-ə zəng vurmaqla da
etmək olar.
Şirkət sürücülərlə və kuryerlərlə əməkdaşlıqda maraqlıdır və onlara əlverişli şərtlər təklif edir. Sərbəst
cədvəllə işləmək, öz vaxtını müstəqil şəkildə planlaşdırmaq və nə qədər qazanacağına müstəqil qərar
vermək mümkündür. Yerinə yetirilmiş sifarişin komissiyası 5%-dən başlayır və nəqliyyat vasitəsinin
brendləşdirilməsindən asılıdır. Əməkdaşlıq etmək üçün Taxsee Driver tətbiqinə ərizə qoymaq və ya
https://taxsee.pro/az/az-AZ/ saytında qeydiyyatdan keçmək olar.
Biz sərnişinlərə nəqliyyata qənaət etməkdə və gündəlik məsələləri çözməkdə yardımçı olan müasir xidmət,
sürücülərə isə layiqincə qazanc imkanı yaratmağa çalışırıq. “Maxim” Azərbaycanda artıq 9 şəhərdə fəaliyyət
göstərir. Sevinirik ki, bundan belə Şəmkir, Gədəbəy, Xaçmaz və Tovuz şəhərlərinin sakinləri də xidmətin artıq
qonşuların malik olduqları üstünlüklərindən yararlana biləcəklər, – “Maxim”in Azərbaycandakı rəhbəri Amin
Alıyev deyir.


Digər xəbərlər

0.24555993080139