Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

17:40 26-09-2023 | icon 569
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

26 sentyabr  2023-cü il tarixində Qaradağ rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda
canını qurban vermiş 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Qaradağ
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 30-cu kilometrliyində, ağacəkmə aksiyası
keçirilmişdir.

Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,
Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak etmişdir.

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin
bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın
parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə
bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!   

                    
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın
27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.   

            
   İctimaiyyət nümayəndələri ümumilikdə 300 ədəddən çox müxtəlif növ ağac əkmişlər.


Digər xəbərlər

0.25540804862976