Samux rayonunda "27 sentyabr-Anım Günü" münasibəti ilə Vətən müharibəsi şəhidlərinin məzarları növbəti dəfə ziyarət edildi

18:04 26-09-2023 | icon 772
Samux rayonunda

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə "27 sentyabr-Anım Günü" münasibətilə Vətən müharibəsi şəhidlərinin məzarlarını növbəti dəfə ziyarət etdi. Samux rayon İnstitut qəsəbəsindən olan Vətən müharibəsi şəhidləri Abdullayev Rəşid Abdulla oğlu və Əsədov Ruslan Rövşən oğlu, Çobanabdallı kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlu, Əhmədbəyli kəndindən olan Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlu, Lək kəndindən olan Vətən müharibəsi şəhidi Həmzəyev Arif Muradcan oğlu, Füzuli kəndindən olan Vətən müharibəsi şəhidləri Maşıyev Asəf Volodya oğlu və Ağamalıyev Ağamməd Elgiz oğlunun məzarları ziyarət edildi. Tədbirdə Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları ilə yanaşı Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatı, şəhidlərin ailəsi, yaxınları iştirak etdi. Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Digər xəbərlər

0.23169302940369