DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

19:29 28-09-2023 | icon 819
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı

Dövlət Təhlükəsizliyi Xidməti qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyana Cinayət Məcəlləsinin hansı maddələri ilə cinayət işinin başlanmasını açıqlayıb.

Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

 
 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 
 
 

Digər xəbərlər

0.27211689949036