Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

18:13 02-10-2023 | icon 495
Gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edəcək.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırllıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunmasıdır.

Bütün ağırllıqqaldırmasevərlər dəvətlidir.


Digər xəbərlər

0.26544404029846