Parlamentdə mərhum deputatların xatirəsi yad edildi...

18:18 02-10-2023 | icon 494
Parlamentdə mərhum deputatların xatirəsi yad edildi...

“Ötən sessiya Milli Məclisdə itkilər oldu, kədərli hadisələr baş verdi”.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova payız sessiyasının ilk plenar iclasında bildirib.

“İyulun 14-də Milli Məclisin ən təcrübəli deputatlarından Madər Musayev dünyasını dəyişdi. Sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva haqq dünyasına qovuşub. Qənirə Paşayeva Milli Məclisin qanunvericilik və qanunyaratma prosesində yaxından iştirak edib. Mərhum həmkarlarımız haqqında düşünərkən Azərbaycan ziyalılarının nurlu obrazları canlanır. Qənirə Paşayeva beynəlxalq əlaqələrdə yaxından iştirak etməklə yanaşı, seçicilərin rəğbətini qazanmışdı”, - deyə spiker vurğulayıb.

Spiker təklif edib ki, Qənirə Paşayeva və Madər Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

Mərhum millət vəkillərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Digər xəbərlər

0.36775994300842