Cəbrayıla yeni həyat gəlir

16:13 03-10-2023 | icon 395
Cəbrayıla yeni həyat gəlir

Prezident İlham Əliyevin  şəhər Günü ərəfəsində Cəbrayıl rayonuna səfəri zamanı hamı tərəfindən belə dolğun və yekdil fikir səsəndi ki, xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşa¬yır və onun irsindən bəhrələnir. Bu müdrik siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir.

      Ümummilli liderimizin siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənib. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan uğurla çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan dərin islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırıb, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə oldu¬ğuna möhkəm əminlik yaradıb.

       Cəbrayılın azadlığa qovuşmasından ötən müddət ərzində görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Prezident öz səfəri zamanı tikinti obyektlərinə baş çəkdi, işlərin gedişi ilə şəxsən tanış oldu. Bunlardan ən vacibləridən  olan inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq..

 “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar müəyyən olunub. Rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb, təchizat artıq var. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. "Cəbrayıl" yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, rayon mərkəzini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanacaq. SOCAR BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın tikintisinə yaxın vaxtlarda başlayacaq.

        Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. rayona gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. Cəbrayıla yeni həyət gəlir və bu həyat əvvəlkindən qat-qat gözəl olacaq. Keçirilən Şəhər günündə bu ab-havanı daha dərindən duyuru

  Günel Məmmədova,

  Cəlilabad şəhər 1 nömrəli körpələrevi-uşaq bağçasının müdiri


Digər xəbərlər

0.24427890777588