Cəmaləddin Rüstəmov: "Xalqımız qalibiyyətlər tariximizin davamına səs verəcək!"

12:50 06-02-2024 | icon 915
Cəmaləddin Rüstəmov: 

"Son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilmişdir. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu titanik zəhmətin sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam, qəti və əbədi təmin edilmişdir". 

Bu fikirləri saytımıza açıqlamasındaSumqayıt Şəhər 4 saylı Notariat Kontorunun notariusu Cəmaləddin Rüstəmov deyib.

C. Rüstəmov qeyd edib ki, Tarixi ədalət bərpa edilmiş, erməni separatizminə ölümcül zərbə endirilmişdir. Bütün bu tarixi nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət kursu dayanır. Xalqımız yekdilliklə həmin siyasətin bundan sonra da davam etdirilməsi xəttini dəstəkləyir:

"Yeni Azərbaycan Partiyası yenidən növbədənkənar prezident seçkilərinə vahid namizədi- müzəffər Ali Baş Komandan İlham Əliyev ilə qatılmışdır. Elə bir rəhbərlə ki, tarixi zəfəri ilə öz adını təkcə ölkəmizin zəngin döyüş tarixinə deyil, dünyanın qalibiyyətlərlə dolu hərb tarixinə əbədi həkk etmişdir. Bu baxımdan İlham Əliyev tarixi şəxsiyyətdir. Tarix yazan və tarixə yazılan sərkərdədir.

Xalqın gözü tərəzdir. Müdrik xalqımızın yenidən düzgün seçim edərək qalibiyyətlər tariximizin davamına səs verəcəyinə tam əminik.

Seçkiqabağı təşviqat prosesinin gedişatı bir daha belə bir həqiqəti təsdiqləyir ki, cənab İlham Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizədidir. Seçicilərlə ünsiyyət zamanı onlar açıq şəkildə bildirirlər ki, biz artıq qəlbimizdə çoxdan seçimimizi etmişik, sadəcə 7 fevral tarixini gözləyirik ki, bu mövqeyimizi hüquqi baxımdan da təsdiqləyək.

Bu baxımdan təsadüfi deyildir ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın  növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğuda  “Prezident seçkiləri bu günə təyin edilsəydi, kimə səs verərdiniz?” sualına cavab olaraq seçicilərin 97%-i İlham Əliyevin adını çəkmişdir.  

Qalib Xalqımızın yenidən öz taleyini Qalib Liderə etibar edəcəyi labüddür".


Digər xəbərlər

0.66158699989319