Qərbə inteqrasiya

16:04 04-10-2023 | icon 459
Qərbə inteqrasiya

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində müdrik, cəsarətli lider,
görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi kimi əbədi yer tutmuşdur.
Əvəzolunmaz lider olan Heydər Əliyev respublikamızın ən çətin, ən böhranlı
dövründə ölkəmizə sabitlik gətirərək Azərbaycanın dövlət müstəqilliyini daha
da möhkəmləndirdi, bugünkü davamlı inkişafının təməlini qoydu, regionda
sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmətlər göstərdi.Bu dahi
şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi,
milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi
taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun
qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir.
Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli
liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük
Azərbaycanlı idi.
O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev
yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin
ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bu
da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və
dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında
söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti
Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına
ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün
böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə
Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və
möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-
iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan
çıxmışdır. Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi
sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir
dünyadı, ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O
dağınsa zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki,
həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz
nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına
daim işıq saçacaq.
Ramella İsmayılova
Saatlı şəhər Bülbül adına UMM-nin direktoru


Digər xəbərlər

0.29452705383301