Nüfuzlu beynəlxalq tədbir

16:06 04-10-2023 | icon 511
Nüfuzlu beynəlxalq tədbir

1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq
Astronavtika Konqresi keçirilmişdir Əlli ildən sonra, cari ilin 2 oktyabr tarixində 74-cü
Beynəlxalq Astronavtika Konqresi yenidən Bakıda keçirildi. Prezident İlham Əliyev 100-
dən artıq ölkəni təmsil edən, 5000-dən çox iştirakçı olan Konqresinin açılış mərasimində
çıxış edib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının 2019-cu ildə Vaşinqtonda
keçirilən Baş Assambleyasında Bakı 2-ci dəfə kosmik sənayenin ən mötəbər tədbirinə
ev sahibliyi etmək hüququ qazandı.
Belə bir yüksək səviyyəli tədbirin Bakıda keçirilməsi heç də təsadüfi deyil, çünki
Azərbaycan 2018-ci ildə 3-cü peykini orbitə çıxarmaqla dünya kosmik klubunun üzvü
statusunu təmin edib. Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş
təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq,
Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək
hüququ qazanmışdır. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü
ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın
yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi, sosial və
siyasi islahatlar sayəsində Azərbaycan XXI əsrdə böyük yol keçib. Ölkəmizdə texnoloji
inkişafın təmin edilməsi istiqamətində bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsi ilə
müşayiət olunan bu dövr həm də Azərbaycanda kosmik sənayenin formalaşması və
inkişafı ilə əlamətdar olmuşdur. 2008-ci ildə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş
“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”na uyğun olaraq respublikada müasir kosmik layihələrin həyata keçirilməsinə
başlanılmışdır. 2010-cu il mayın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. 27 aprel 2021-ci il tarixində
“Azərkosmos” ASC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrildi.
Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu
gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq
kosmik sənayenin inkişafı davam etdirilir. Azərbaycan informasiya təhlükəsizliyi üçün
böyük əhəmiyyət kəsb edən telekommunikasiya xidmətləri sahəsində xarici dövlətlərdən
asılılığı tamamilə aradan qaldırıb. İki telekommunikasiya peyki və Yerin müşahidə peyki
vasitəsilə, ilk növbədə, ölkənin daxili tələbatının ödənilməsi istiqamətində işlər aparılıb.
Son illər ölkə daxilində peyk xidmətlərindən istifadə artıb-
2008-ci ildə Prezident İlham Əliyev “Azərbaycanda kosmik sənayenin
yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” vəzifəsini qoydu. Üç
peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana
deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər.
Azərbaycan regionda yeganə ölkədir ki, ikinci dəfə qlobal kosmik foruma ev
sahibliyi etmişdir. Bu hadisə bir vətəndaş kimi bizim hamımızı sevindirmişdir, ölkəmizin
beynəlxalq nüfuzunun daha da yüksəlməsinə çox böyük kömək göstərmişdir.
İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsi, Cəlilabad təhsil sektorunun müdiri


Digər xəbərlər

0.3237578868866