Strateji prioritet

16:07 04-10-2023 | icon 802
Strateji prioritet

Ulu Öndərimiz Heydər Əliyevin iştirakı ilə 1973-cü ildə Bakıda keçirilən 24-cü
Beynəlxalq Astronavtika Konqresinin əlli ildən sonra yenidən ölkəmizin paytaxtında
keçirilməsi tarixin təkrarlanması ilə bərabər Azərbaycana göstərilən etimadın, qayğı və
diqqətin ifadəsidir. 100 dən artıq ölkəni təmsil edən və 5000 dən çox iştirakçının
qatıldığı bu tədbir yüksək beynəlxalq nüfuza malikdir və Azərbaycan on ildən çoxdur ki,
bu kosmik ailənin üzvi kimi səmərəli fəaliyyət göstərir. Bu gün ikisi telekommunikasiya,
biri isə Yer səthinin müşahidəsi peykinə malik olan ölkəmiz kosmik sənayenin inkişafına
böyük əhəmiyyət verir.
Prezident İlham Əliyev bu möhtəşəm beynəlxalq tədbirdə çıxışında bildirmişdir ki,
müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı
səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə
çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar
qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə yönəlib. Beynəlxalq ictimaiyyətin fəal
üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak
edir.
Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata –
Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə
Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşdür. Qoşulmama Hərəkatına
üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim
dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi
zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının
yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən
30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz
ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik
təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə
mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq
azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil
olmaqla, əsas insan hüquqlarını pozdu. Cəzasızlıqdan həvəslənən Ermənistan daha da
irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət
sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi
hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum
əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. Daha sonra antiterror
tədbirini keçirmək lazım gəldi, haqq və ədalət təmin olundu.
Sevindirici haldır ki, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla
inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında
bəyannamə imzalayıb. Bu, bizim xarici siyasət gündəliyimizi nümayiş etdirir,
Azərbaycan diplomatiyasının uğurudur.
Aydın Hüseynov,
Siyasi şərhçi


Digər xəbərlər

0.27530479431152