Əməkdaşlıq körpüsü

16:08 04-10-2023 | icon 634
Əməkdaşlıq körpüsü

Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizə dünyanın müxtəlif
yerlərindən çoxsaylı qonaqların gəlməsi deməkdir. Həmin insanlar ölkəmizlə tanış olur,
yeni ünsiyyət imkanları əldə edirlər. Astronavtika Konqresinin Bakıda keçirilməsi ona
dəlalət edir ki, Azərbaycanın həm beynəlxalq münasibətlər, həm də beynəlxalq
əməkdaşlıq sistemində kifayət qədər sözü keçir və ölkəmizə böyük etimad var.
Konqresdə çıxış edən Prezident İlham Əliyev vurğulamışdır ki, Bakıda keçirilən
bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının
inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə
sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.
Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən
mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda
geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Azərbaycan iki mühüm beynəlxalq
təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan
eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən
artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi
niyyətlərimizin göstəricisidir.
Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır.
Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların
və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik.
Biz həqiqətən də bir ailə kimi yaşayırıq və bir sıra beynəlxalq təşkilatlar bunu qeyd edib
və bu, onların qərarlarında öz əksini tapıb. BMT Azərbaycanın multikulturalizmin təşviqi
sahəsindəki səylərini tam dəstəkləyir. Yeri gəlmişkən, ölkəmizin təşəbbüsü ilə mütəmadi
olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların
nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal
platformadır.
Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı
münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu
gün biz üfüqlərimizi genişləndiririk. Bu mühüm beynəlxalq tədbirin keçirilməsinin bizə
həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstərici hesab
edirik.
Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə
idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir
araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair
vacib məsələlər müzakirə edildi. BMT Azərbaycanın multikulturalizmin təşviqi
sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq
keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların
nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal
platformadır.
Bəli, əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı
münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu
gün biz üfüqlərimizi genişləndiririk. Xalqımızın mühüm nailiyyətlərindən biri də məhz
budur.

Vahid Mirzəyev,
Cəlilabad RİH-nin şöbə müdirinin müavini


Digər xəbərlər

0.42930102348328