Azərbaycan özü ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi

16:09 04-10-2023 | icon 616
Azərbaycan özü ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi

Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik
sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli
dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış,
informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə
buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk
xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin
qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu
peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək
beynəlxalq kosmik icmada böyük nüfuz qazanmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astronavtika Konqresindəki
çıxışında yer alan bu və digər məsələlər hər birimizin dərin marağına səbəb olmuşdur.
Prezident bu yüksək tribunadan xalqımızın, ölkəmizin sülhsevər xarakterini xüsusi
olaraq bir daha dünya ictimaiyyətinə çatdırdı.
Üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. 44 günlük
Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın
10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik
Şurasının yuxarıda qeyd etdiyim qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə
son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq
Qarabağ münaqişəsi keçmişdə qaldı. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən
əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi.
Dövlət başçımız deyib ki, 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda,
bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt
əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də
adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii
sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə
hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın
görünmürdü.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc
yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq
qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə
hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq.
Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik.
İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı
nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən
dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin
qətnamələr 27 il icra olunmadı.
Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal
oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ədaləti və beynəlxalq
hüququ bərpa etdik.

Rafiq Ağayev,
YAP Cəlilabad rayon təşkilatının sədr müavini


Digər xəbərlər

0.26457405090332