Qafqazda sülh üçün vaxt yetişib

16:10 04-10-2023 | icon 696
Qafqazda sülh üçün vaxt yetişib

.Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə ev sahibliyi etməkdən olduqca
fərəhlənirik, çünki o, artıq bir dəfə 1973-cü ildə təşkil olunmuşdur, 24-cü Konqres
Bakıda keçirilmişdir. Konqresdə çıxış edən Prezident İlham Əliyev demişdir ki, Bakıda
keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya
sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir.
Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı
səciyyələndirir.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma,
qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. 2023-cü il 20 sentyabr tarixində
Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, Azərbaycanın bütün
addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm
məsuliyyət daşıyır, həm qürur hissi keçirir.
Sentyabrın 19-da başlayan və sentyabrın 20-də bitən lokal antiterror tədbirinin
nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxmış, erməni terrorçular
silahlarını təhvil vermişlər. Sentyabrın 20-də axşam Azərbaycan prezidenti İlham Əliyev
xalqa müraciətində bildirib ki, əməliyyatın bütün məqsədlərinə nail olunub və Bakı
Qarabağ üzərində suverenliyi bərpa edib. Lokal xarakterli antiterror tədbirlərin
qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Həm Ermənistana,
həm də ona havadarlıq edən dövlətlərə bir mesaj oldu ki, Azərbaycan hər zaman sülh
yolu ilə torpaqlarını azad etməyə çalışır. Amma məqam yetişdikdə Azərbaycan dövləti
öz sözünü deməkdən də çəkinmir.
Azərbaycanın fikrincə, 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən
sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin
regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir.
Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və
erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları
satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın
o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən,
qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.
İnanırıq ki, Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri
tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli
formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Bu, bizim
gündəliyimizdir. Gündəliyimiz Qafqazda, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və
hamı üçün faydanın gətirilməsidir. Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar
məkanı olmuş regionumuza artıq sülh gəlməlidir.
Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi
və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin
normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi əməkdaşlığın strateji
istiqamətlərindən biridir. Sülh Ermənistanın yeganə çıxış yoludur.

Rövşən Mirzəyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Ağdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi


Digər xəbərlər

0.21118187904358