Qurban Qurbanov təxribat xarakterli suala belə cavab verdi

23:49 04-10-2023 | icon 709
Qurban Qurbanov təxribat xarakterli suala belə cavab verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.

Əcnəbi jurnalistlərdən biri çalışdırıcıya “Ermənilər hazırda Qarabaği tərk edir, bu sizə təsir edir?” sualını verib.

Qurbanov onun sualına belə cavab verib:

“Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar könüllu olaraq öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. Qarabağ Azərbaycandır, Azərbaycanın olub”.


Digər xəbərlər

0.28572678565979