Zəngilan mühüm nəqliyyat qovşağıdır

16:44 05-10-2023 | icon 539
Zəngilan mühüm nəqliyyat qovşağıdır

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-
kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan
yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan
rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da
müddəa kimi qeyd edilib.
Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan
Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə
imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan
Zəngilan üçün yeni dövr başlayır. Rayonun ölkənin nəqliyyat logistika
mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir.
Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar
Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi
ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı
Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa
olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində
yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra
Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın
növbəti tarixi nailiyyəti olacaqdır.
İndi işğal dövründə erməni vandalları tərəfindən yerlə yeksan edilən,
dağıdılan yurd yerlərinin bərpası işinə başlanılıb. “Böyük Qayıdış” layihəsi
uğurla həyata keçirilir. Birinci pilot layihəyə əsasən Zəngilanın Ağalı kəndində
200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin
inşa edilməsi nəzərdə tutulub. Burada yaşayış üçün lazım olan bütün şərait
yaradılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında
məskunlaşmağa başlayıblar. Bütün Qarabağlılar kimi uzun illər vətən həsrəti ilə
yaşayan Zəngilanlılar öz doğma Zəngilanlarına qayıdacaqları günü səbirsizliklə
gözləyirlər.
Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün
istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet
dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin
dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən
Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat
dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini
Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin
dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.

Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri
üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu
bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur
Nəzərə alsaq ki, Zəngilan təbii ehtiyatlarla zəngin olan rayonlarımızdandır.
Bu da təbii ki, Zəngilanda fərqli sənaye sahələrinin qurulmasına imkan yaradır.
Və gözlənilir ki, emaledici sənaye bu rayonda daha çox inkişaf edəcək. Eyni
zamanda turizm potensialı da böyükdür. Çünki Zəngilanın təbiəti və eyni
zamanda tarixliyi daha çox xarici turisti cəlb etməyə imkan verir. Bu sektorun
inkişafını stimullaşdırmaq mümkün olacaq.
Zəngilan həm də nəqliyyat və logistik baxımdan seçilən rayonlarımızdandır.
Çünki hava limanının istifadəyə verilməsi, Zəngilan üzərindən dəmiryolu və
eləcə də avtomobil yollarının inşa edilməsi və gələcəkdə Zəngəzur dəhlizinə
Zəngilanda formalaşan nəqliyyat şəbəkəsinin inteqrasiyası da nəticə etibarı ilə
bu rayonumuzda logistikanın inkişafı baxımından da yeni imkanlar yaradacaq:
Bu baxımdan da Zəngilan rayonu, çox qısa zamanda məskunlaşmadan sonra
Azərbaycan iqtisadiyyatına xüsusi tövhə verən rayonlardan birinə çevriləcək.

Qənbərova Dürrə
Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.21189498901367