Qaradağda Müəllimlər Günü qeyd olundu - Fotolar

17:06 05-10-2023 | icon 500
Qaradağda Müəllimlər Günü qeyd olundu - Fotolar

“Heydər Əliyev ili” çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” adlı konfrans keçirilib.

Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayon icra hakimiyyətinin məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Zümrüd Rzayeva, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

 
 

Bundan əlavə Qaradağ rayonunun əldə etdiyi nəticəni xüsusi vurğulayaraq bildirib ki, 2022-2023-cü tədris ilində 1731 nəfər tam orta təhsil alıb, 1138 nəfər ali təhsil müəssisəsinə imtahan verib, onlardan 710 nəfər ali məktəbə daxil olub.

Nəticə olaraq, ümumi məzunların 41 %, ali məktəbə sənəd verənlərin isə 62,4% tələbə adını qazanmışdır. Qaradağ rayonu üzrə 22 məzun 600 baldan yuxarı nəticə əldə edərək müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar.

Süleyman Mikayılov çıxışını “Bizim tərbiyə etdiyimiz şagirdlər Vətən Müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad etdilər. Vətən Müharibəsinə könüllü gedən onlarla müəllimlərimiz şəhid, qazi oldular” cümlələri ilə tamamlayıb.

Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibəti ilə əməkdə fərqlənmiş müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə ilə təltif edilib.

 

 


Digər xəbərlər

0.22088217735291