Məhşur basketbol filminin setində iştirak etmiş oyunçu, "Neftçi" də

16:03 07-10-2023 | icon 699
Məhşur basketbol filminin setində iştirak etmiş oyunçu,

2022 -ci il ABŞ -da basketbol sevərlərə təqdim olunmuş "Hustle" filminin setində, "Neftçi" basketbol klubunun yeni transferi Toraje Breyk 'də iştirak etmişdir. Oyun qurucu mövqeyində çıxış edən Toraje Breyk, həmin filmin "draft combine" səhnəsində bir sıra tanınmış NBA ulduzları ilə eyni səhnəni bölüşüb. Qeyd edək ki, Sent Piters universitetinin məzunu olmuş Toraje Breyk, "Neftçi" dən əvvəl "Tor" (İslandiya) və "Ridinq" (ABŞ) klublarında çıxış edib. Bakıya gəlişindən məmnun görünən oyunçu, bu mövsüm komandasının uğur qazanması üçün əlindən gələnin ən yaxşısını edəcəyinə də söz verib.


Digər xəbərlər

0.2125461101532