Qolf üzrə "Zəfər" turnirinin açılış mərasimi keçirilib - FOTOLAR

20:23 07-10-2023 | icon 635
Qolf üzrə

Oktyabrın 6-da Xəyal adasında (Dreamland) qolf üzrə "Zəfər" turnirinin açılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov, Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Demirören və Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edərək yarışı 30 illik həsrətə son qoyan Qarabağ Zəfərinə həsr olunduğunu qeyd ediblər.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Qonaqlara maraqlı rəqs nümunələri, həmçinin Şuşa ilə bağlı videoçarx təqdim olunub.

 

 

 


Digər xəbərlər

0.62286305427551