Ölkəmiz Gürcüstanın inkişafında mühüm mövqeyə malikdir

15:36 10-10-2023 | icon 664
Ölkəmiz Gürcüstanın inkişafında mühüm mövqeyə malikdir

Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.  İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

        Məlum olduğu kimi, oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda səfərdə olub. Dövlətimizin başçısı və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxış ediblər.  Cənab İlham Əliyev bildirib ki, iki qardaş ölkə arasında siyasi dialoq həmişə fəal olub və bu fəallıq davam edir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qeyd edib ki, ölkəsi Azərbaycanla  siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin güclənməsində maraqlıdır.

        Azərbaycan Prezidentinin bu dəfəki çıxışı zamanı kifayət qədər vacib məsələlərə toxunulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib. Biz regiondakı vəziyyətə təkstandartlı yanaşma istəyirik. Cənubi Qafqazın hər üç dövlətinə eyni bucaq altından baxılmasını istəyirik, qonşularımıza eyni gözlə baxırıq. Bu qonşularımızın müasirləşməsinə, o cümlədən gənc nəslə, təhsil potensialına ciddi töhfə verəcək, cəmiyyətin dünyəvi xarakterini gücləndirəcək. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir.  Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir, bu, hər iki ölkənin əhalisi tərəfindən geniş şəkildə dəstəklənir.

      Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli dialoq və strateji tərəfdaşlıq əlaqələri mövcuddur.  Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. İki ölkə arasındakı strateji münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də regional təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələridir. Bununla bağlı müxtəlif dövrlərdə qarşılıqlı səfərlər təşkil edilir, təhlükəsizliyə və əməkdaşlığa dair ən aktual məsələlərlə əlaqədar olaraq dialoqlar keçirilir, məsləhətləşmələr aparılır. Baş tutan rəsmi səfərlər zamanı nəinki siyasi və iqtisadi sahələrdəki əməkdaşlıq əlaqələri müzakirə edilir, həmçinin, regional təhlükəsizliklə bağlı başlıca tərəfdaşlıq əlaqələri və müvafiq məsələlər gündəm mövzusu kimi çıxış edir

        Bütövlükdə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Eyni zamanda, Azərbaycanla Gürcüstan Xəzər-Qara dəniz, Şərq və Qərbi əhatə edən daha geniş coğrafiyada ən strateji qlobal layihələri gerçəkləşdirməklə bölgədə təhlükəsizliyin, sabitliyin möhkəmlənməsində yeni səhifə açır.

        Cənab İlham Əliyev tərəfindən verilmiş bəyanat və burada irəli sürülmüş müddəalar regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımından mühüm önəmə malikdir.

                                                                                                             Əliyusif Aslanov

                                                                               Cəlilabad Tibb Kollecinin direktoru


Digər xəbərlər

0.23385715484619