Fələstin-İsrail qarşıdurması və ya Yeni dünya nizamı 

19:51 10-10-2023 | icon 859
Fələstin-İsrail qarşıdurması və ya Yeni dünya nizamı 

İki gündür Fələstin-İsrail münaqişə ilə bağlı postlara baxıram. Əksəriyyət ədalət hissini kənara qoyaraq münaqişəyə münasibət bildirir. Halbuki, illərdi özümüz oxşar münaqişədə məhz ədaləti əlimizdə silah tutub mübarizə aparırdıq.

Fələstinin tərəfini tutanlar bunu ya dini nəzər nöqtəsindən, ya Türkiyənin mövqeyinə görə, ya da İranın apardığı təbliğatın təsiri altına düşüb edirlər.

İsrailə rəğbət bəsləyənlər isə illərdi müəyyən mərkəzlərin apardığı "Fələstin Ermənistanın müttəfiqdi" təbliğatına inanaraq bunu edirlər. Reallığa qalsa, Fələstin və Ermənistan ümumiyyətlə dövlət kimi bir-birlərini tanımırlar. İki bir-birini tanımayn dövlət necə müttəfiq ola bilər?

Yeri gəlmişkən hazırda münaqişə edən hər iki tərəf Qarabağ müahribəsində qələbəyə görə, bizi təbrik etmişdi. İsrail bizə ordumuzun qələbəsində önəmli rol oynayan silahlar satmışdı. Amma bir münaqişə haqqında fikir bildirmək üçün yuxırda yazdığım kimi Beynəlxalq Hüquqa, ədalətə əsaslanmaq, BMT-nın mövcud qarşıdurma haqqında qətnamələrinə nəzər salmaq lazımdır.

Bütövlükdə Fələstin-İsrail arasında gedən müharibə bəşəriyyətin ən mürəkkəb münaqişlərindən biridi. Ən mürəkkəbi deyil, çünki Afrikada bundan da mürəkkəb, kompromisə gəlinməsi ehtimal mümkünsüz olan münaqişələr var.

Fələstin-İsrail münaqişənin əsasında ərazi iddiasından çox bir-birinə qarşılıqlı niftət dayanır. Hər iki cəbhə digərini Yaradan tərəfindən lənətlənmiş hesab edir. Daha doğrusu Yaradana xəyanət etmiş öz əmisi oğlu gözündə görür. Məhz bundan dolayı tərəflər Yaradan qarşı tərəfi lənətləndiyindən onun körpəsini, qadını, qocasını belə ən yaxşı halda güllələyib öldürmək savabdı əqidəsinə sığınır. Hətta fürsət düşdükdə bunu etməmək ən böyük günahdı kimi də qələmə verirlər. Üstəlik ərəb və yəhudi elitasının bu münaqişə hesabına milyardlar qazanması məsələni daha da qızışdıraraq qəlizləşdirir.

Lakin artıq yeni dövrə qədəm qoyuruq. Dünya idarəetməsi yeni qüvvələrin əlinə keçir. Yeni qüvvələr artıq münaqişəsiz bəşəriyyət istəyirlər. Ona görə ki, bu onların planlarına maneə olur. Hissə-hissə dünyadakı bütün münaqişələr sonlandırılacaq və səngiyəcək. Belə ki, Afrikada müəyyən münaqişələr söndürülməkdədi. Trampın ABŞ-dakı gözlənilən qələbəsi və Makronun arxasında duran qüvvələrin Fransadakı məğlubiyyətindən sonra isə bu proses pik həddinə çatacaq. İndi növbə İsrail-Fələstin münaqişəsinin, ardınca isə Ukrayna-Rusiya müharibəsinin növbəsi çatacaq. Birincidə müharibə hər iki tərəfin müəyyən ərazi güzəştləri hesabına bitəcək. Düzdü ən ideal variant hər iki xalqın eyni dövlətdə, eyni bayraq altında yaşamalarıdı. Amma indiki dövrdə, iki tayfa arasında əsrlərdi davam edən nifrəti nəzərə alsaq bu mümkünsüzdü. Ukrayna-Rusiya qarşıdurması isə Trampın seçkilərdə qələbəsindən sonra Ukraynanın Rusiya və Polşa arasında bölüşdürülməsi ilə bitəcək. Sonra növbə çatacaq dünyanın ən təhlükəli münaqişəsi olan Pakistan və Hindistan arasında Kəşmir uğrunda müharibəyə. Hazırda müvəqqəti olaraq dünyanı dəyişmək istəyən qüvvələr Pakistan üzərində nəzarəti itiriblər, amma uzağı 1-2 ilə bu nəzarəti yenidən bərpa ediləcək. Nəticədə Hindistanın Pakistan üzərində qələbəsi ilə bitəcək müharibə başladılacaq. Paralel olaraq oxşar proseslər bütün Asiyada gedəcək, eyni zamanda hərbi münaqişəsiz Hindistan və Çində aralarında anlaşsılmazlıqları həll edəcəklər, onlar artıq iddidən buna başlayıblar.
Ən sonda isə təbii ki, Afrikanın qaydaya salınmasına start veriləcək. Yeni dünya düzəni gəlir. Bu yeni dünya düzəni artıq dövlət idarəetmə modelindən, ittifaqlara birləşərək idarəetmə modelinə keçid gətirir ki, burada müharibələrə yer yoxdur. Təbiiki mövcud müharibələrin hamısının bitməsi üçün, əsas metod kimi elə müharibəni seçiblər.

İlkin Abbasov


Digər xəbərlər

0.28763914108276