Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb

20:00 10-10-2023 | icon 1151
Bakıda polis moteldə əxlaqsızlıq yuvası aşkarlayıb

Bakı şəhər Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Kəpəz” adlı motel-kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.

Nizami RPİ tərəfindən bu ilin may ayında keçirilən əməliyyatdan sonra kafenin icarədarı Şəfiqə Rüstəmova və oradakı şəxslər saxlanılıb. İzahatları alındıqdan sonra saxlanılan şəxslər sərbəst buraxılıb, həmçinin icarədar haqqında Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işinin materialları bir neçə gün əvvəl Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə 1973-cü il təvəllüdlü Şəfiqə Rüstəmovanın ikimərtəbəli obyektin 1-ci mərtəbəsini kafe, 2-ci mərtəbəsini isə motel kimi işlətməsi bildirilib. O, moteldəki otaqları 12-15 manat müqabilində fahişəliklə məşğul olan şəxslərə icarəyə verirmiş.

Məhkəmənin hökmü ilə ona qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 2 il islah işləri cəzası verilib.


Digər xəbərlər

0.25419902801514