Millimiz Qazaxıstana qarşı

12:29 11-10-2023 | icon 887
Millimiz Qazaxıstana qarşı

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxacaq. Yığmamız bu gün yer aldığı A qrupunun favoriti Qazaxıstanla üz-üzə gələcək.

Bu komandalar arasında dörd gün əvvəl Bakıda keçirilən qarşılaşmada qonaqlar 4:2 hesablı qələbə qazanmışdı. Vitali Borisovun yetirmələri səfərdə qələbə qazanmaq məcburiyyətindədi.

 
Astanadakı Jekpe-Jek Sarayında keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyunu sloveniyalı hakimlər Trayan Ençev, Kaloyan Kirilov və İvo Tsenov idarə edəcəklər.

Qeyd edək ki, millimiz hazırda 3 xalla qrupun üçüncüsüdü. Qazaxıstanın isə aktivində 9 xal var.


Digər xəbərlər

0.24347400665283