Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursu örnəkdi

15:20 11-10-2023 | icon 492
Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursu örnəkdi

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyəti ölkəmizin tarixində möhtəşəm
hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur.
İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər
Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda
gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, dünya xalqları birliyinə
inteqrasiyanın yollarını müəyyən etdi. Məhz bu keyfiyyət demokratik, hüquqi,
dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.
Müstəqilliyin ilk illərində hər şeydən öncə yaxın xariclə münasibətləri qaydaya
salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər
Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil
olan keçmiş Sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin
möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət
və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi.
İkitərəfli əməkdaşlıq sistemində Rusiya, Gürcüstan, Ukrayna və Moldova ilə
yaradılan yeni əlaqələr, Mərkəzi Asiya respublikaları ilə münasibətlərdə bir sıra
tərəddüdlərin aradan qaldırılmasına göstərilən səylər də çox əhəmiyyətli
olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi
Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə
münasibətlər məsələsi yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin
özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs
çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın
özünə Böyük Britaniya, Almaniya, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması
Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
Məsələn, xaricdən enerji asılılığının minimal həddə endirilməsi dünyanın
əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin
gücləndiyi şəraitdə ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də
müstəqil siyasət yeritməsinin vacib şərtinə çevrilmişdir. Azərbaycan isə
bütövlükdə Avropanın enerji təhlükəsizliyində geniş imkanlara malik ölkə kimi
Mərkəzi və Şərqi Avropa dövlətlərinin maraq dairəsində olub. Və Ulu Öndər
bundan məharətlə istifadə etdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin
kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Azərbaycan dövləti
“Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb, ancaq mənfəət neftinin
əsas hissəsi Azərbaycana gəlir. İndi Azərbaycan dövlətinin payına düşən
mənfəət nefti bizim iqtisadiyyatımızı gücləndirir. Bu gün xarici şirkətlərlə aparılan
neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib, “Əsrin kontraktı”nın
icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.
Son illərdə Avropa ölkələri ilə neft və qaz kontraktlarının bağlanması isə
ölkəmizə nəinki böyük əlavə üstünlük verdi, eyni zamanda beynəlxalq miqyasda
ölkəmizin nüfuzunu əsaslı şəkildə artırdı.
Məmmədzadə Əliyev,
Cəlilabad RİH-nin şöbə müdiri


Digər xəbərlər

0.28734016418457