Milli maraqların keşiyində

15:27 11-10-2023 | icon 401
Milli maraqların keşiyində

“Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə
qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq,
qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa
ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq
etmək siyasətidir.” – bu tarixi fikirləri 27 may 1997-ci il tarixində Azərbaycan Xalq
Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində
Ulu Öndər Heydər Əliyev söyləmişdir. Düşünürük ki, dahi rəhbərimizin
dövlətlərarası siyasətinin məğzini bu kəlam təşkil edir.
Ulu Öndər Heydər Əliyevin xarici siyasətində fəal istiqamətlərdən biri Şərq
olub. Əvvəla, Azərbaycanı Mərkəzi Asiya ilə etnik və mədəni yaxınlıq birləşdirir.
Ölkəmiz tarixdə İpək Yolunun əsas məntəqələrindən biri kimi də geosiyasi və
mədəni imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın xarici
siyasətində Asiya-Sakit okean istiqamətinin də mühüm yer tutmasını şərtləndirir.
Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu, uzaqgörən siyasəti sayəsində tarixi
İpək Yolunun bərpası ilə bağlı kommunikasiya layihələrinin həyata keçirilməsində
Azərbaycanın həlledici rol oynaması, proqramın icraçı katibliyinin Bakıda
yerləşməsi haqqında qərarın qəbul edilməsi də ölkəmizin iqtisadi inkişafına təkan
verməklə yanaşı, onun beynəlxalq siyasətdə güclənməsini şərtləndirmişdir.
Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkanına inteqrasiyası da Heydər
Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. Belə ki, 1994-cü ildə NATO-
nun “Sülh naminə tərəfdaşlıq” proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif
olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu
proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar o, NATO-
nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə
tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.
Bu prosesdə, şübhəsiz ki, Mərkəzi Asiya regionunun xüsusi yeri vardır.
Azərbaycan həmin dövlətlərlə aktiv əməkdaşlıq siyasətini yeridir ki, bu da Uzaq
Şərq istiqamətində əməkdaşlığı gücləndirmək üçün meydan rolunu oynaya bilər.
Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın münasibətlərinin türkdilli dövlətlərin
əməkdaşlığını inkişaf etdirmək müstəvisində də qurması əlavə imkanlar
açmaqdadır.
Ulu Öndər Heydər Əliyev milli maraqlarımızı və mövqeyimizi dünyaya bir
daha bəyan etdi. Göstərdi və sübut etdi ki, bizim mövqeyimiz hər zaman müstəqil
mövqe olub, biz həmişə öz mövqeyimizi açıq nümayiş etdirmişik, o cümlədən,
buna görə dünyada böyük hörmət qazanmışıq. Beynəlxalq əlaqələr, bölgədə və
bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxili problemləri daha böyük uğurla həll edək. Çünki hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır.
Bu gün biz buna nail ola bilmişik. Əminəm ki, Ulu Öndərimizin dövlətlərarası siyasətinin sadiq davamçısı Prezident İlham Əliyevin sayəsində bundan sonra da belə olacaq.

Xanlar Şabanov,

Cəlilabad rayonu, YAP Günəşli kənd ərazi təşkilatının sədri


Digər xəbərlər

0.26029801368713