Dayanıqlı inkişafı təmin edən təşəbbüslər

18:02 12-10-2023 | icon 538
Dayanıqlı inkişafı təmin edən təşəbbüslər

Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər
Şurasının 27-ci iclasının keçirilməsi Azərbaycanın bu qurumla sıx əməkdaşlığının
göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına
ünvanladığı Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq
perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik
mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə
Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar
atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji”
zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü
olduğu vurğulanıb.
Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar”
kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma,
“yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf
gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri
“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. İƏT-ə
sədrliyimizin ən önəmli tədbiri olan iclasının Azərbaycanın tarixi şəhəri, o cümlədən
İƏT-in Turizm Paytaxtı Şuşada keçirilməsinin simvolik əhəmiyyət daşıdığını qeyd
edib. İclas çərçivəsində qəbul olunmuş Şuşa Bəyannaməsinin İƏT çərçivəsində
əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamdan irəli gəlir.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika
infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə
yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə
daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik.
Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar
Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə
bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub
Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal
çalışır.
İclas zamanı, həmçinin, özündə Azərbaycan Respublikasının Şərqi Zəngəzur
iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və
kommunikasiyaların açılması istiqamətində görülən işlər, xüsusilə bu istiqamətdə
Azərbaycan və İran arasında yeni dəmir yolunun inşasını nəzərdə tutan 6 oktyabr
2023-cü il tarixli niyyət protokolu və keçirilən təməlqoyma mərasimi barədə
məlumatın da əks olunduğu İƏT bölgəsində “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” üzrə
Şuşa Bəyannaməsi qəbul olunub.

İƏT-ə sədrliyimiz dövründə təşkilatın digər regional və beynəlxalq
platformalarla əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən
təşəbbüslər məmnunluq doğurur. Bundan sonra da müxtəlif sahələr üzrə
əməkdaşlığın gücləndirilməsində maraqlı olduğumuz, bu xüsusda təşkilatın iki
ixtisaslaşdırılmış qurumuna - İƏT Enerji Mərkəzi və İƏT Tədqiqat Mərkəzinə - ev
sahibliyi etməyimizin müvafiq sahələr üzrə əməkdaşlığa verdiyimiz töhfənin
göstəricisi olduğunu alqışlayı
Rahib Ağayev, Cəlilabad rayonun sakini, YAP fəalı


Digər xəbərlər

0.29496693611145