Əməkdaşlıq perspektivlərinə yüksək diqqət

18:04 12-10-2023 | icon 610
Əməkdaşlıq perspektivlərinə yüksək diqqət

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan
biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, Türkiyə, İran və
Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək
məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional
Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır.
ilə İƏT-in Nazirləri Şurasının 27-ci iclası ölkələrin həyatında çox mühüm
hadisə kimi qiymətləndirilir.. Toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri
Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv
olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Tədbirdə 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və
onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə
olunub. İƏT-ə üzv dövlətlər 2020-ci ilə qədər mövcud olan Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ münaqişəsinə konkret münasibət bildirmiş, beynəlxalq normalara
qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi yanaşmış
və ölkəmizin maraqlarını haqlı olaraq müdafiə etmişlər.
Azərbaycan Prezidenti cənab İlham Əliyev mühüm beynəlxalq tədbirin
iştirakçılarına xüsusi müraciət göndərib. Dövlətimizin başçısı İƏT-in fəaliyyətinə
böyük önəm vermişdir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın
inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Müraciətdə postmünaqişə
dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin
ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar”
olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq
səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə,
işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan
istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.
Müraciətdə həmçinin bildirilmişdir ki, hazırda Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi
Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait, tarixi
fürsət yaranmışdır. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli
prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər
Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması

təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına
dönməsi planlaşdırılır.
İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşa şəhərində keçirilmiş
27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə
yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri
əlaqələndirmək üçün açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq
platforma olmuşdur.
Cahangir Muraqdov,
Cəlilıabad şəhər sakini, əməkdar mədəniyyət işçisi


Digər xəbərlər

0.25580906867981