BHİK-nın yeni Baş katibi seçilib, AHİK sədri Səttar Möhbalıyev Qurultayda çıxış edib

18:16 12-10-2023 | icon 396
BHİK-nın yeni Baş katibi seçilib, AHİK sədri Səttar Möhbalıyev Qurultayda çıxış edib

Oktyabrın 12-də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK)
növbədənkənar onlayn VI Qurultayı keçirilib.
Qurultayda BHİK-nın Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni
Baş katibi seçilib.
Tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı, BHİK-nın və Pan Avropa Regional Şurasının vitse-prezidenti
Səttar Möhbaliyev də qoşulub və çıxış edib.
Bildirib ki, yeni seçimimiz bütün BHİK ailəsinin gələcəyi üçün yeni fürsətlərin və
imkanların başlanğıcı olacaq: “Luk Trianqılı BHİK-nın Baş katibi seçilməsi
münasibəti ilə təbrik edir, məsuliyyətli işdə uğurlar arzulayıram. Bugün işçilərin
ətrafında həmkarlar ittifaqının gücünə hər zamankından daha çox ehtiyacı var. İş
dünyasında dayanmadan baş verən ciddi dəyişikliklər və texnoloji inkişaflar istər iş
saatlarında, istərsə də iş yerlərində yeni imkanlarla bərabər, yeni problemlərə də
səbəb olur. Bu gün iqtisadiyyatın bəşəriyyətə xidmət etməsini təmin etmək,
insanları və planeti məhv olmaq təhlükəsindən xilas etmək üçün Sosial Müqaviləyə
əvvəlkindən daha çox ehtiyac yaranıb. Xüsusilə kollektiv müqavilələr və kollektiv
əmək mübahisələrinin həlli kontekstində həmkarlar ittifaqlarının üzərinə
əvvəlkindən daha çox vəzifə düşür”.
“Bizim ölkə uzun müddət müharibə şəraitində yaşayıb və bunun xalq üçün, dinc
əhali və iş yerləri, iqtisadiyyat, sosial vəziyyət üçün necə çıxılmaz vəziyyət, üzücü
hal olduğuna yaxşı bilirik. Ümid edirik ki, tez bir zamanda təkcə regionumuzda
deyil, dünyanın hər bir yerində sülh bərqərar olacaq və hər kəs bərabər şərtlərdə
layiqli iş yerlərində çalışmaq imkanı qazanacaq. Azərbaycan həmkarlar ittifaqları
hər zaman beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından
maraq göstərir. Bundan sonra da işçilərin hüquqlarının qorunması naminə BHİK ilə birgə tərəfdaşlığımızı davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”,
- AHİK sədri deyib.
Qeyd edək ki, BHİK-nın yeni Baş katibi Luk Trianql həmkarlar ittifaqında
fəaliyyətə 1982-ci ildə Belçika Həmkarlar İttifaqları Konfederasiyasının ACV-
CSC gənc işçi təşkilatında başlayıb. 1984-cü ildən 2011-ci ilə qədər ACV-CSC-də
bir çox müxtəlif layihələrdə, o cümlədən gənc işçilərə dəstək, təlim mərkəzinin
direktoru, Avropa ilə bağlı və beynəlxalq işlərdə çalışıb. 2011-ci ildə L.Trianql
Avropa Tekstil, Geyim və Dəri Sənayesi Həmkarlar İttifaqı Federasiyasının
(ETUF-TCL) Baş katibi seçilib. O, 2012-ci ildə “IndustriAll Europe” - Avropa
Sənayə Həmkarlar İttifaqları Baş katibinin müavini, 2016-cı və 2021-ci illərdə isə
Baş Katibi seçilib. “IndustriAll European” metal, kimya, enerji, mədənçilik, tekstil,
geyim, ayaqqabı və əlaqəli sənaye və fəaliyyətlərində fiziki və qeyri-fiziki işçiləri
təmsil edən müstəqil və demokratik həmkarlar ittifaqları federasiyasıdır.


Digər xəbərlər

0.28114914894104