Sabahın havası açıqlandı

18:20 12-10-2023 | icon 418
Sabahın havası açıqlandı

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

 
 

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər

0.29798412322998