Azərbaycan filmi Avropa festivalında - Video
Azərbaycan istehsalı olan “Pup” filmi Slovakiyanın “Golden Beggar” film festivalının əsas proqramına seçilib.
29-cu “Golden Beggar” festivalında yarışan qısametrajlı filmin rejissoru Emil Musayev, ssenari müəllifləri Emil Musayev, Ömər Xəyyam və Sərdar Amindir.
Filmdə baş rollarını İlham Əziz və Səidə İsmayılova oynayırlar.
Ekran işi kənddə yaşayan gənc rəssam qızın sıxıntıları, onu əhatə edən mühafizəkar mühitlə mübarizəsinə həsr olunub.
Qeyd edək ki, “Golden Beggar” festivalı 1995-ci ildə təsis olunub. Slovakiyanın Koşitse şəhərində keçirilən incəsənət yarışı yerli televiziya yayımçılarının ilk və ən qədim beynəlxalq festivalıdır. Bu il oktyabrın 10-da start götürən kino bayramı oktyabrın 14-də sona çatacaq.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...