Prezident Ağdərə şəhərində də bayrağımızı ucaltdı! - Fotolar

08:03 16-10-2023 | icon 612
Prezident Ağdərə şəhərində də bayrağımızı ucaltdı! - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.

 

 




Digər xəbərlər

0.24843907356262