Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu”

10:43 16-10-2023 | icon 625
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu”

Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə
cənab İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı.
Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndində, Xocalıda,
Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-
şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət
güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə
verən deyil. Göstərdi ki, nə qədər çətinliklərlə, ağır vəziyyətlə üzləşsə də, xalqımız heç
vaxt yıxılmır, heç nədən qorxmur, öz hədəfinə doğru inamla irəliləyir və məqsədinə hasil
olur. Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada
olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr
tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız
Zəfər yoluna qədəm qoydu. Əmin idi ki, Ulu Öndər Heydər Əliyevin bəzi
tamamlanmamış işlərini onun davamçısı böyük məharətlə başa çatdıracaq. Xankəndində
əzəmətlə dalğalanan bayrağımızı seyr etdikcə xalqımızın nə qədər kamil bir xalq
olduğuna şahid olduq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı
Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Xankəndinə sancılan bayrağımızı görərkən biz nə qədər
sevincliyiksə, xoşbəxtiksə, Heydər Əliyevin, şəhidlərimizin ruhu da bir o qədər şaddır:
“Ulu Öndər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü Vətəninə və xalqına həsr etdi,
bizim üçün böyük bir dövlət qurdu. Və indi rahatdır ki, işğal edilmiş torpaqlarımız azad
edilib, yaratdığı dövlətin suverenliyi bütün ölkə ərazisində təmin olunub. Şəhidlərimiz də
məzarda rahat uyuya bilərlər. Həm qisasları alınıb, həm də can verdikləri Vətən torpaqları
azaddır. Bu gün şəhid valideynləri, ailələri, övladları qürurludurlar. Fəxr edirlər ki,
şəhidlərimizin qanı yerdə qalmadı”.

“Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının
nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi. Bu iyirmi illik tarix
bizim uğur salnaməmizdir. Bu müddət ərzində dövlətimiz yalnız inkişaf etdi, gücləndi,
iqtisadiyyatımız günü-gündən qüdrətləndi, vətəndaşlarımızın rifahı yüksəldi. Prezident
İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni,
beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi,
xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. O, heç bir fərq qoymadan hər bir
azərbaycaanlının Prezidenti olmağı bacardı, üzərinə düşən vəzifələri ən ali peşəkarlıqla
yerinə yetirdi. Əsl Azərbaycan kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı. Bu
barədə əvvəllər də danışmışam, yeri gəlmişkən, xatırladım ki, cənab İlham Əliyev 2003-
cü ildə Prezident seçilərkən verdiyi ilk bəyanatlardan biri o idi ki, bizim Ermənistana ən
böyük güzəştimiz münaqişəni danışıqlar yolu ilə həll etməyimiz olar, bundan artığını
bizdən gözləməsinlər. Bu günün mənzərəsi hər şeyi sübut edir. Təcavüzkar dövlətin və
onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə
durdu və bu mübariazədən qalib ayrıldı”, - Milli Məclisin deputatı bildirib.
“Prezident İlham Əliyev qurucu, yaradıcı rəhbərdir. Baxanda görürük ki,
regionlarımız bu 20 ildə xeyli müsbətə doğru dəyişib, tikinti-quruculuq işləri aparılıb,
rayonlarımız yeni görkəm alıb. İnanırıq ki, torpaqlarımızı hərbi-siyasi yolla tamamilə
işğalçılardan azad edən cənab İlham Əliyev Şərqi Zəngəzurda, Qarabağda başlatdığı
abadlıq işlərini, Böyük Qayıdış proqramını da uğurla yekunlaşdıracaq. Və biz də
Azərbaycan həmkarlar ittifaqları olaraq həmişə olduğu kimi, bundan sonra da Prezident
İlham Əliyevin ətrafında olacağıq, dövlətimizin və xalqımızın daha parlaq gələcəyi
naminə onun müdrik siyasətinə ürəkdən dəstək verəcəyik”, - Səttar Möhbalıyev əlavə
edib.


Digər xəbərlər

0.25860905647278