Abşeron Rayon Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib - FOTOLAR

18:07 17-10-2023 | icon 476
Abşeron Rayon Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib - FOTOLAR

Abşeron rayonunda Ağsaqqallar Şurasının “Böyük yolun uğurlu davamı” mövzusunda konfransı keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı və Komissiya sədri Eldar İbrahimov, YAP Abşeron rayon Təşkilatının sədri, Abşeron RİH yanında İctimai Şuranın sədri, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan toplantıda vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 
 
 

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, bugünki qüdrətli, güclü və qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır: “Müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyev ölkəmizin iqtisadi dirçəlişinin əsasını qoymuş, ictimai-siyasi və sosial həyatda tərəqqi yolunu müəyyənləşdirib. 2003-cü il oktyabr 15-də keçirilən prezident seçkilərində xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, Azərbaycanın inkişafına – cənab İlham Əliyevə verib. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut edib. 20 il bundan əvvəl Prezident seçilən cənab İlham Əliyevin ötən müddət ərzində dövlətimizi dünya üzrə ən qüdrətli, nüfuzlu ölkələr sırasına qaldıra bilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsi ilə xalqımız düşmən üzərində şanlı qələbə qazanıb və bununla da torpaqlarımız işğaldan azad olunaraq bölgədə sülhün tam bərqərar olması üçün yeni imkanlar yaranıb”.

Sonra Respublika Ağsaqqalar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov çıxış edərək Azərbaycanın son 20 il ərzində əldə etdiyi çox mühüm nəticələrdən danışıb.

Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti sayəsində Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qazandığı qələbələrdən danışıb.

Daha sonra isə İdarə Heyətinin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Nizami Zalov yekdilliklə Abşeron rayon Ağsaqqallar Şurasının sədri seçilib.

 

 






Digər xəbərlər

0.29479193687439