Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə YAP Salyan rayon təşkilatında “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

06:59 18-10-2023 | icon 615
Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə YAP Salyan rayon təşkilatında “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

Salyan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə YAP Salyan rayon təşkilatında “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilmişdir.

RİH-nin başçısının müavini Rəşad Cəbrayılovun, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun, idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edən natiqlər müasir Azərbaycanın memarı və qurucusu, böyük siyasətçi Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Heydər Əliyev haqqında geniş nitq söyləmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Digər xəbərlər

0.36733818054199