Qaradağda dəyirmi masa keçirildi - Fotolar

20:59 18-10-2023 | icon 657
Qaradağda dəyirmi masa keçirildi - Fotolar

Oktyabrın 18-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin bərpasında rolu” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, ehtiyatda olan tuğ-general Yucel Karauz, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 1991-ci ildə ölkənin daxilində və xaricində vəziyyətin acınacaqlı durumundan danışıb. Qeyd edib ki, o zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımız ümummilli lider Heydər Əliyevə üz tutmuş, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçmişdir. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı. Ermənistanla atəşkəsə nail oldu, Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycanda demokratik dövlət yaradıldı.

 
 

Prezident İlham Əliyevin sayəsində Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə ordumuz torpaqlarımızı işğaldan azad etdi, Zəfər əldə olundu. 19 sentyabr 2023-cü ildə antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Daha sonra tədbirdə çıxış edən natiqlər günün əhəmiyyətini vurğulayaraq xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığından bəhs ediblər. Bildirdilər ki, ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldıraraq müstəqil Azərbaycanı möhkəm təməllər üzərində yeni inkişaf yoluna aparıb. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə böyük uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Qarabağ Azərbaycandır!

 

 





Digər xəbərlər

0.27198314666748