Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu 

09:51 19-10-2023 | icon 1012
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü oldu 

2023-cü il üzrə Azərbaycanın ən çox Prezident təqaüdçüsü məzunu olan məktəbi bəlli olub - Bu Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadır.


Gimnaziyanın 6 məzunu Prezident təqaüdçüsü olub.

Xatırladaq ki, dünən Ölkə Prezidenti cənab İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb. 

Sərancama əsasən Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 6 nəfəri Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın aşağıdakı məzunlarıdır:
 
Onlar Nəzərov Cavid Mehman oğlu, Cəfərov Emil Adil oğlu, Ağadadaşova Ayla Azad qızı, Şükürlü Hicran Zaur qızı, Rüstəmova Aytac Bəxtiyar qızı və Ömürova Səbinə Qəfər qızıdır.
 
Təqaüdçüləri və bu işdə əməyi keçənləri ürəkdən təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.

Digər xəbərlər

0.2949538230896