Füzulinin yeni siması göz oxşayır

10:32 19-10-2023 | icon 493
Füzulinin yeni siması göz oxşayır

Füzuli rayonunun böyük hissəsi və Füzuli şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri
tərəfindən işğal olunmuşdu. Ümummilli Lider Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə 5
yanvar 1994-cü ildə olmuşdu. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində
rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Düşmən demək olar ki, durmadan
təxribata əl atırdı. Dinc əhalini atəşə tutur, infrastruktura, kənd təsərrüfatına, yaşayış evlərinə
ziyan vururdu. Sülh danışığına getmək istəməyən Ermənistan heç nəyə məhəl qoymadan öz
çirkin niyyətindən əl çəkmirdi. Yeni ərazilər ələ keçirməyə çalışırdı. Ermənistanın təxribatına
cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsi nəticəsində işğal altında olan  Füzuli
şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı ən önəmli
əməliyyatlardan biri olmuşdur. Burada aparılan döyüşlər Vətən Müharibəsi zamanı ən ağır
döyüşlərdən olmuşdur. Belə düşünülürdü ki, Füzulini azad etmək  üçün aylarla vaxt lazım
olacaq. Lakin qəhrəman Azərbaycan Ordusunun qarşısında erməni silahlı birləşmələri tab
gətirə bilmədi. Onlar silahlarını atıb qaçdılar. Azərbaycan Ordusu, qəhrəman Azərbaycan
əsgəri ermənilərin özləri, öz orduları haqqında illərlə yaratdıqları mifi bir neçə gün ərzində
darmadağın etdi. 17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən,
Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cüvarlı kəndləri və Füzuli şəhəri Q Müzəffər Azərbaycan
Silahlı Qüvvələri tərəfindən işğaldan tam azad edildi. 17 oktyabr tarixi cənab Ali Baş
Komandanımız tərəfindən “Füzuli  şəhəri günü” elan edildi. Digər işğaldan azad edilmiş
rayonlarımız kimi Füzulidə də genişmiqaslı quruculuq işləri gedir. Bu gün Füzulinin yeni siması
göz oxşayır. Burada yaşayış üçün hər bir şərait yaradılıb. 
Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur. 
Fuzuli, eləcə də digər ərazilərimiz işğaldan azad ediləndən sonra bu rayonlara ilk dəfə xarici
jurnalistlər, beynəlxalq müşahidəçilər gəldilər və onlar ermənilərin vandallıqlarını, vəhşiliklərini
öz gözləri ilə gördülər. Onu da qeyd edim ki, 30 illik işğal dövründə etnik təmizləmə aparan 
ermənilər bu ərazilərə heç kimi buraxmamışdılar. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev: “Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq.
İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə
aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub. Azərbaycan və erməni xalqı həmişə
yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər,
kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdır. Sovet dövründə bütün bu işlərin hamısı
Azərbaycan büdcəsi hesabına görülmüşdür”. Cənab İlham Əliyev eyni zamanda onu da qeyd
edib ki: “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb”.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Çox sevindirici haldır ki, insanlar
30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar. Hətta işğaldan sonra
dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və
məhəbbətlə gedirlər. Füzulidə 800 nəfərdən çox insan artıq yerləşib. İlin sonuna qədər isə
burada iki minə yaxın insanın yaşaması nəzərdə tutulub. Yaşamaq üçün isə hər bir şərait
yaradılıb. İş yerləri açılıb. Məktəb, baxça, xəstəxana, kitabxana, mədəniyyət mərkəzləri içtimai-
iaşə  məntəqələri və sair tikilib.  Kəndlərdə yerləşən və gələcəkdə yerləşəcək vətəndaşlar üçün
isə texnika, mal-qara veriləcək. Ümumilikdə dövlət tərəfindən onlara lazımı köməklik
göstəriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Əziz şəhidlərimizin
xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuk. Bu, həqiqətdir.
Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar
planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim
yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma
torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.
Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə
hazır idi və ölümə də getdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin
qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-
bərabəri yoxdur”.
Nicat Mütəllimov
Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı


Digər xəbərlər

0.26921391487122