Erməni vandalizminin nədən ibarət olduğunu görürük

13:11 19-10-2023 | icon 589
Erməni vandalizminin nədən ibarət olduğunu görürük

Azərbaycan dövləti Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli şəhəri günü”ndə etdiyi dərin məzmunlu çıxışında bu məsələ barəsində geniş bəhs etdi. Prezident dedi ki, Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür.

         Nankor ermənilər bu yaxşılığın əvəzində 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib.  Ermənistan Azərbaycan xalqının  irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş  ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəindən bu dövrdə 70-ə yaxın  məscid məhv edilib. Bütövlükdə isə, işğal altında olunmuş ərazilərimiz 30 il ərzində tamamilə viran qoyulub. Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və qısa müddət ərzində yandırıb. Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdır. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır. İşğal dövründə erməni vandalları  eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq cadar-cadar olmuşdur.

          Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub.

          Bir məsələ də var ki, biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. Məktəb və ailə gənclərin doğma torpaqlarımıza qayıtmağının vacib amilidir. Biz qoymadıq ki, gənclər doğma torpaqlarını unutsun. Qoymadıq ki, Qarabağ mövzusu silinsin. Halbuki bunu bizə aşılamaq istəyən bir çox ölkələr, qüvvələr var idi.

        Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var.

Nicat Qürbətov,

Cəlilabad rayonu, Suluçeşmə kənd ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.26484203338623