Şəhidlərin qəhrəmanlığı unudulmazdır

13:12 19-10-2023 | icon 498
Şəhidlərin qəhrəmanlığı unudulmazdır

Oktyabrın 17-də keçirilmiş “Füzuli şəhəri günü”ndə Prezident İlham Əliyev sakinlərlə görüşdə deyib ki, Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.

Vətən müharibəsi ağrısız-acısız keçmədi. 3000-ə yaxın şəhid verdik. Hərbi ekspertlər müharibəni şərh edərkən göstərirlər ki, İşğal olunmuş ərazilərdə 27-28 il müddətində mənfur düşmən güclü müdafiə qurğuları tikmiş, mürəkkəb relyefə malik ərazilərdə möhkəm istehkamlar qurmuşlar. Bu da döyüşlər zamanı itkilərə səbəb olan amillərdəndir. Baxmayaraq ki, biz Birinci Qarabağ müharibəsinə nisbətən, ikincidə 8-10 dəfə az itki verdik. Azərbaycan Ordusu strateji yüksəkləri azad edərək düşməni özünümüdafiə imkanlarından məhrum etməyi bacardı. İşğaldan azad olunan Ağdam və Füzuli rayonlarındakı düşmən istehkamlarının sonrakı görüntüləri onu deməyə əsas verir ki, düşmən bu istehkamların qurulmasına uzun illər və böyük məbləğdə vəsait sərf etmişdir.

Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.

Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur.

 Atalar demişkən, qanla alınan ərazi, qanla da geri alınar! Müqəddəs üçrəngli bayrağımız azad olunmuş rayon və şəhərlərimiz üzərində dalğalandı. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər. Şəhidlərin qanı hədər getmədi.

  Bu günlər layiq olduğumuz ideallar uğrunda savaşımız da haqq işimizdir, qəhrəmanlıq yolumuz davam edir. Qarabağ bölgəsində keçirilmiş lokal antiterror tədbirləri bu yolda yeni bir mərhələ oldu. Bu hadisə beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. Hörmətli Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin bu günlərdə xalqa müraciətində dediyi kimi, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!

       Eşq olsun Müzəffər Ordumuza! Eşq olsun şəhidlərimizə! Tanrı bütün şəhid ailələrinə səbr versin, qazilərimizi qorusun!

 

Fərid Səmədov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin şöbə müdiri


Digər xəbərlər

0.21784901618958