Füzulinin yeni siması göz oxşayır

13:18 19-10-2023 | icon 588
Füzulinin yeni siması göz oxşayır

Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha şahid olduq ki,  işğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır. Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir.

 Füzulidə böyük tikintilərin və quruculuq işlərinin həyata keçirilməsi üçün yeni layihələr hazırlanıb. Bu layihə əsasında rayonda geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. İlk növbədə Horadiz şəhərinin yenidən qurulması başa çatdırılıb. Belə ki, həmin layihəyə əsasən şəhərin kanalizasiya, içməli su, istilik sistemi, elektrik təsərrüfatı, küçələri, daxili yolları tam bərpa edilib. Horadizdə işğal dövründə yandırılmış iki uşaq bağçasının, səkkizillik məktəbin, kompüterləşdirilmiş mərkəzi kitabxananın tikintisi və bərpası başa çatdırılıb, 2 nömrəli orta məktəb əsaslı bərpa olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan yeni park gözəlliyi və müasirliyi ilə diqqəti daha çox cəlb edir və füzulilərin Ulu Öndərə sonsuz ehtiram və məhəbbətinin rəmzi kimi tanınır. Füzulidə regionun simasını dəyişdirəcək irimiqyaslı infrastruktur layihələr icra olunur. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırıb. Füzuli şəhərlərinin Baş planın təsdiqlənib. Füzuli-Şuşa avtomobil yolu, Zəfər yolu, Füzuli-Hadrut avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları, 180 çarpayılıq xəstəxana binası, Aşağı Köndələnçay su anbarı, Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyası, çoxmənzilli yaşayış binaları, Dövlətyarlı “Ağıllı kənd”i, peşə liseyi, orta məktəb binaları,  Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi, içməli su təchizatı və kanalizasiya sistemi və digər obyektlər Füzulinin əsas simasını təçkil edir.

Bir sözlə, Füzulidə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib.

Prezident İlham Əliyev dedi ki, bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək.

Biz yaxşı bilirik ki, dövlət başçımız sözünün sahibi olan rəhbərdir.

Mais Məmmədov,

Cəlilabad rayon Zopun kənd

tam orta məktəbin direktoru


Digər xəbərlər

0.34144711494446