Qurbanov bu mükafatı alan ilk azərbaycanlı oldu - Foto
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirildiyi tədbirdə iştirak edib.
Baş məşqçi tədbir çərçivəsində Beynəlxalq Feyr-pley mükafatını alıb.
Mükafat Qurbanova karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə verilib.
Qeyd edək ki, bu, dünyanın ən nüfuzlu mükafatlarından hesab olunur. Q. Qurbanov bu mükafata layiq görülən ilk azərbaycanlıdır.
Xatırladaq ki, “Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən, dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.
Ötən il Qurbanov UEFA Konfrans Liqasının “Qarabağ” – “Marsel” oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə “Qarabağ”ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi, 2018-ci ildə isə Antalyada “Kuban”la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.
Bütün bunlar Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.
AİJA Qurbanovu 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan “Pierre de Coubertin World Trophy” və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” namizədliyini irəli sürmüşdü.
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...