Belə mesajlar alırsızsa, ehtiyatlı olun! - Rəsmi xəbərdarlıq

18:22 23-10-2023 | icon 675
Belə mesajlar alırsızsa, ehtiyatlı olun! - Rəsmi xəbərdarlıq

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib.

Nazirliyin müraciətində son vaxtlar ayrı-ayrı şəxslərə SMS, elektron poçt və veb səhifələr vasitəsilə bildirişlər göndərilərək onların uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı, yaxud belə əməllərin qurbanı olması, bununla əlaqədar fərdi məlumatlarını təqdim etməsi, ödəniş həyata keçirməsi kimi dələduzluq hərəkətlərinin qeydə alınması hallarının olduğu bildirilib: "Əsasən reklam xarakterli bildirişlərə toxunan internet istifadəçisi müxtəlif elektron ünvanlara, yaxud hər hansı “e-mail” xidmətinin oxşar versiyasına yönəldilir.

 
 
 

Xarici dövlətlərə aid mənbələrdən, eləcə də "Europol" və başqa polis təşkilatlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.

Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və onun sosial şəbəkə hesablarına müraciət etməniz tövsiyə olunur".


Digər xəbərlər

0.23875403404236