AMADA-nın icraçı direktoru kollektivə təqdim olunub
Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) icraçı direktor təyin olunan Təhminə Tağı-zadə oktyabrın 23-də kollektivə təqdim olunub.
Tədbirdə qurumun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Nigar Arpadarai, üzvlər və kollektivin əməkdaşları iştirak ediblər.
N.Arpadarai çıxış edərək Azərbaycanda idman göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahəyə yönəltdiyi diqqətdən danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. AMADA-nın fəaliyyətinin əsas istiqamətinin idmanda şəffaflığın təmin olunmasından, idmançıların hüquqlarının qorunmasından ibarət olduğunu vurğulayan Arpadarai agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb, qurumun ölkə idmanına yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.
Sonra Təhminə Tağı-zadə kollektivə təqdim olunub. Yüksək etimada görə təşəkkürünü bildirən Tağı-zadə birgə əməkdaşlığın Azərbaycanda təmiz idman dəyərlərinin, ədalətli idman ruhunun inkişafına təkan verəcəyinə inandığını diqqətə çatdırıb. AMADA-nın icraçı direktoru yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli AMADA-nın direktoru vəzifəsindən azad edilib. Agentliyin Nizamnaməsinə əsasən, Təhminə Tağı-zadə qurumun icraçı direktoru təyin edilib.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...