Bu gün Qubadlı şəhəri günüdür - Video

08:38 25-10-2023 | icon 571
Bu gün Qubadlı şəhəri günüdür - Video

Bu gün Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən üç il ötür.

Üç il öncə - bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qubadlı şəhərinin işğalçılardan azad olunduğunu elan edib.

 

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

 
 
 

Digər xəbərlər

0.26478505134583