“Ulu öndərlə görüşüm Naxçıvana ezam olunduğum vaxta təsadüf edib”

22:52 25-10-2023 | icon 795
“Ulu öndərlə görüşüm Naxçıvana ezam olunduğum vaxta təsadüf edib”

“Ümummilli lider Heydər Əliyevin şərəfli ömrünün 25 ilini həsr etdiyi Azərbaycan təhlükəsizlik orqanlarındakı fəaliyyəti, gələcək nəslə miras qoyduğu peşəkarlıq məktəbi xüsusi xidmət orqanlarının əməkdaşları üçün etalon olaraq qəbul edilir”.

Bu sözləri Dövlət Təhkükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabının ön sözündə yazıb.

Xidmət rəisi nəşrin əvvəlində Ulu Öndər Heydər Əliyevlə ilk tanışlığı barədə xatirələrini də bölüşüb:

“Fəxr hissi duyuram ki, onunla görüşmək xoşbəxtliyi mənə də qismət olub. Mənim üçün tarixi və unudulmaz olan həmin an 1993-cü ilin aprel ayında əməliyyat tapşırığının icrası ilə əlaqədar Naxçıvana ezam olunduğum vaxta təsadüf edib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mərkəzi Aparatında müxtəlif əməliyyat strukturlarında rəhbər vəzifələrdə çalışmış əməkdaş kimi Ulu Öndərin təhlükəsizliyimizin etibarlı təminatı naminə verdiyi mühüm tapşırıqların birbaşa icraçıları sırasında olduğuma görə qürur duyuram”.

General ön sözün yekununda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ulu Öndər Silahdaşlarının Xatirələrində” kitabının ömrünü vətənə xidmətə həsr edən hər bir vətənpərvər azərbaycanlı üçün layiqli örnək rolunu oynayacağına ümidvar olduğunu qeyd edib.

 

 

 

Digər xəbərlər

0.27125310897827