Ruslan Abışovdan karyerası ilə bağlı vida paylaşımı - Video

09:08 26-10-2023 | icon 915
Ruslan Abışovdan karyerası ilə bağlı vida paylaşımı - Video

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Abışov karyerasını başa vurub.

36 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında vida paylaşımı edib.

R. Abışov video paylaşaraq, - “Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm!”, - qeydi ilə məktub yazıb:

 
 
 

"Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş. 

Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə, üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Ruslan Abışov "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. O, son mövsümü isə "Zirə"də keçirib.

 

 
 
 

Digər xəbərlər

0.24011397361755