UEFA Avropa Liqası: "Qarabağ" bu gün səfərdə Almaniya klubu ilə üz-üzə gələcək

09:16 26-10-2023 | icon 722
UEFA Avropa Liqası:

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada "Bayer 04"ün qonağı olacaq.

"Bay Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında "Molde" Norveçdə İsveçin "Hakken" komandasını qəbul edəcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

III tur

23:00. "Bayer 04" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Horatsiu Fesnik (Rumıniya).

Leverkuzen. "Bay Arena"

Qeyd edək ki, "Bayer 04" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.


Digər xəbərlər

0.24601697921753