Firdovsi Umudov: "Dünya çempionatında yüksək nəticələr qazanmaq üçün var gücümüzlə mübarizə aparacağıq"

13:35 27-10-2023 | icon 616
Firdovsi Umudov:

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bunun bariz nümunəsi olaraq ölkəmiz hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatına ev sahibliyi edəcək.

 

Bu sözləri “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti Firdovsi Umudov hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında bildirib.

 

F.Umudov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı göstərdiyini vurğulayaraq deyib: “Əlimizdən gəldiyi qədər çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və bu yarışlarda yüksək nəticə əldə edək. Dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə davam etdirilir”.


Digər xəbərlər

0.25951910018921