Minifutbol millimiz dünya çempionatına qələbə ilə başladı

01:04 28-10-2023 | icon 748
Minifutbol millimiz dünya çempionatına qələbə ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxıb.

Son Avropa çempionatının qalibi olan Elşad Quliyevin komandası İraqla qarşılaşıb. Oyun Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

G qrupunun digər oyununda Misir Küveytə qalib gəlib (2:0).

Qeyd edək ki, G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

Azərbaycan – İraq - 2:0

Qollar: Mirmehdi Rzayev, 16 (1:0), Elvin Əlizadə, 28-pen. (2:0)


Digər xəbərlər

0.22492289543152